18 Sentyabr , 2018
Ismayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 18.09.2018-ci il tarixində 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar “Milli musiqimizin banisi-Üzeyir bəy” adlı dəyirmi masa keçirildi.
Tədbirdə çıxış edənlər milli musiqi xəzinəsinə parlaq incilər bəxş edən dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığından söz açdılar.
Şamaxı rayon MKS-nin şöbə və filiallarında Milli Musiqi Gününə həsr olunan sərgilər təşkil olunmuş, metodiki məktub hazırlanmışdır.
Foto Qalereya