Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
15 May , 2018

      İsmayıllı Regional Mədəniyyət   İdarəsinin tabeliyində  fəaliyyət göstərən Şamaxı MKS-nin Uşaq şöbəsində “15 may Beynəlxalq Ailə Günü" ilə əlaqədar  “Ailə həyatımızın özü ,dinclik  və səadətimizin qaynağıdır”adlı dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə açan  uşaq şöbəsinin müdiri  Vüsalə Əsgərova  Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs olan  ailə rifahının günü-gündən daha da artmasından söhbət açdı . Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsindədir və dövlət  öz siyasətində ailənin sosial müdafiəsi , gənc ailələrə qayğını əsas tutur.

    Tədbirdə iştirak edən Şamaxı Regional Humanitar Kollecin IV- cü kurs  tələbələri  və kitabxana əməkdaşları  öz çıxışlarında Azərbaycan Respublikasının  Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın  təşəbbüsü ilə Heydər Əliyev Fondunun  həyata keçirdiyi  nəhəng proqram və layihələrin ailələr üçün  sözün əsl mənasında böyük dayaq olduğunu söylədilər. “Uşaq evləri və İnternat məktəblərinin İnkişaf Proqramı “ çərçivəsində görülən işlər Azərbaycan ailələrinin rifahına, möhkəmlənməsinə  xidmət edir.