Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
4 May , 2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə X ənənəvi Kitab bayramı keçirilib.
   Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.
Kitab bayramında giriş sözü ilə açan İsmayıllı  Regional Mədəniyyət  İdarəsinin məsləhətçisi Rəfail Tağızadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan söz açaraq qeyd edib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan birincisi sözsüz ki, Heydər Əliyevdir. Onun milli vətənpərvərlik ideyaları bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü hissi aşılamışdır. Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxananın direktoru Ərəsdun Xələfov, ümummilli liderin kitabla bağlı fikirlərindən danışaraq insanları biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandıran kitabla dost olmağı tövsiyyə etdi. Kitab bayramında Şamaxı rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Rəşad Əliyev  çıxış edərək öz adından və rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevin adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 95–cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açdı, görkəmli şəxslərin kitab haqqında söylədiyi fikirləri iştirakçılarla paylaşdı, O, bildirdi ki, bütün elmlərə yol kitabdan başlayır, çıxışının sonunda tədbir iştirakçılarına, xüsusilə yeniyetmələrə kitab oxumağı tövsiyə etdi.
Əsas qayəsini vətənpərvərlik tərbiyəsi təşkil edən bayram tədbirində Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin musiqi kollektivləri rəqs qrupları, 9 saylı  tam orta məktəbin şagirdlərinin Ulu Öndər Heydər Əliyevə və vətənpərvərlik tərbiyəsinə həsr edilmiş ədəbi kompozisiyalar iştirakçıların vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb oldu.
Tədbirdə İncəsənət Təhsili Mərkəzinin rəssamlıq şöbəsinin əl işlərindən ibarət sərgi də nümayiş etdirildi. Kitab bayramında min beş yüzdən    yuxarı ədəbiyyat və multimedia nəşrləri sərgiləndi .

Foto Qalereya