Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
6 Aprel , 2018

     İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisəsi olan Şamaxı rayon  Mərkəzi kitabxananın Usaq şöbəsində 06.04.2018-ci il tarixində  “Beynəlxalq Cizgi Filmləri Günü” ilə əlaqədar “ Nağıl qəhrəmanları uşaqların gözü ilə ” adlı tədbir təşkil edildi. Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin müdiri  V.Əsgərova uşaqlara bu günün yaranma tarixindən bəhs etdi. O, qeyd etdi ki, uşaqların sevə-sevə izlədiyi cizgi filmləri hər bir xalqın ilkinliyini , milli mənəvi dəyərlərini özündə yaşadır. Tədbirdə Azərbaycan cizgi filmləri ilə yanaşı, dünya xalqlarının da yadda qalan “Qırmızı papaq”, “Buratino”, “Məlikməmməd”, “Tıq-tıq xanım “, və s. cizgi film qəhrəmanlarından bəhs olundu, Tədbirdə 4-6 yaşlı uşaqlar və kitabxana əməkdaşları iştirak etdilər. 

Foto Qalereya