Şamaxı rayon Mərkəzi kitabxanasında 30 yanvar 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar MKS-nin tədbirlər planına uyğun olaraq “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında məlumat verdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialının dossenti , Tarix üzrə fəlsəfə doktoru Zərifə Cavadova “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirdə şöbə müdirləri Zemfira Hacıyeva , Hicran Xasıyeva , Afaq Səfiyeva mövzu ətrafında çıxış etdilər.
Mərkəzi kitabxana və kitabxana filiallarında “Xalq Cümhuriyyəti -100” başlıqlı kitab sərgiləri təşkil olunmuş , metodiki məktub hazırlanmışdır.