18 oktyabr 2017- ci il tarixdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin ildönümü ilə əlaqədar olaraq “ Müstəqil dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə MKS- nin direktoru Ərəsdun Xələfov , Uşaq söbəsinin müdüri Vüsalə Əsgərova , kitabxananın işçisi Şəfəq Atakişiyeva, M.Ə. Sabirin ev muzeyinin bələdçisi Aytəkin Əliyeva , Şamaxı rayon Dövlət Rəsm Qalereyasının direktoru Sədaqət Xələfova çıxış etdilər.
Mərkəzi kitabxanada “Azərbaycanın Müstəqilliyi əbədidir, dönməzdir “ başlıqlı sərgi təşkil olunmuşdur.