Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
18 Sentyabr , 2017

18 sentyabr 2017-ci  il tarixində  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi kitabxanasında 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar  ” Azərbaycan  Operasının banisi – Üzeyir bəy”  mövzusunda dəyirmi masa keçirildi.

  Tədbirdə MKS-nin ,  Şamaxı Dövlət Rəsm Qalereyasının işçiləri,  Avropa liseyinin müəllim və şagirdləri iştirak edirdilər. 

 Tədbiri şöbə müdiri Zemfira Hacıyeva açaraq milli musiqimizin inkişaf tarixindən, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından danışdı.

  Mövzu ətrafında Şöbə müdiri Hicran Xasıyeva,  kitabxanaçı Rövşanə Mürsəliyeva, Rəsm Qalereyasının işçisi Rəna İbadova çıxış etdilər.

  Mərkəzi kitabxanada “Milli Musiqi Günü “ başlıqlı sərgi təşkil olunmuşdur.