Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
20 İyul , 2017

  20 iyul 2017-ci tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində  olan Şamaxı rayon Mərkəzi  kitabxanasında Ağdərə və Ağdam rayonlarının işgalının 24 illiyi ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə ilk öncə torpaqlarımız uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Çıxışlar zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Ağdərə və Ağdam rayonlarına  dəyən maddi və mənəvi zərbədən    danışıldı.  Vurğulandı ki, hər bir Azərbaycanlı əmindir ki, onun müqəddəs ziyarətgahı , dəyişməz qibləgahı olan , bu gün azan səsinə həsrət qalan məscidimiz , musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcək.