Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
1 İyun , 2017

      İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir” adlı bayram tədbiri keçirildi. Tədbirdə Şamaxı Avropa liseyinin, şəhər 1 saylı , 9 saylı tam orta məktəblərin, müəllim və şagirdləri,  Şamaxı Dövlət Regional kollecin tələbələri, rayon ziyalıları iştirak edirdilər.

      Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq tədbir iştirakçılarını salamlayıb , balaca fidanları təbrik etdi.

    Bayram tədbirində iştirak edən uşaqlar müxtəlif mövzularda şeirlər söylədilər, mahnı oxuyub  rəqs etdilər, rəngarəng  kompozisiyalarla çıxış etdilər.

    Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu. 

, əbədidir”, “”2017-ci il islam Həmrəyliyi İlidir” , “Şamaxı şairlər vətənidir”, “Şamaxı - əsrarəngiz gözəlliklər diyarı”, “Yeni kitablar”, “Danışan kitablar”, “Nağıllar aləminə səyahət” və digər mövzularda 1500 -ə dək kitab nümayiş olunmuşdur.
Foto Qalereya