Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
5 May , 2017

      05 may 2017-ci il tarixində Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi IX kitab bayramı keçirildi.

    Kitab bayramında rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, iştirak edirdilər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsi nümayəndəsi Rəfail Tağızadə açdı.

   MKS-nin direktoru Ərəsdun Xələfov Kitab bayramında sərgilənən müxtəlif mövzulu kitab sərgiləri və ədəbiyyat barədə məlumat verdi.

   İncəsənət ustalarının iştirakı ilə  təşkil olunan konsert proqramı tədbir iştirakçılarına xoş ovqat bəxş elədi.

    Kitab bayramında “Heydər Əliyev və mədəniyyət”, “Azərbaycan müstəqilliyi dönməzdir, əbədidir”, “”2017-ci il islam Həmrəyliyi İlidir” , “Şamaxı şairlər vətənidir”, “Şamaxı - əsrarəngiz gözəlliklər diyarı”, “Yeni kitablar”, “Danışan kitablar”, “Nağıllar aləminə səyahət” və digər mövzularda 1500 -ə dək kitab nümayiş olunmuşdur. 

Foto Qalereya