Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
22 Fevral , 2017

      22 fevral 2017-ci il tarixində Şamaxı rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tərtib olunmuş tədbirlər planına uyğun olaraq anım mərasimi keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

      Xocalı hadisələrini özündə əks etdirən sənədli filmə baxıldı.

     Tədbirdə çıxış edən MKS-nin direktoru Ərəsdun Xələfov , şöbə müdirləri Hicran Xasıyeva, Zenfira Hacıyeva , Texniki təbiət humanitar fənnləri təmayüllü internat tipli liseyin müəllimi Günel Əsgərova, Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini  icra edən Əhmədli Nicat o dəhşətli gecədə  Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən söz açdılar.

      Texniki təbiət humanitar fənləri təmayüllü internat tipli liseyin şagirdləri Xocalıya həsr olunmuş şeirlər söylədilər.

      Tədbirin sonunda “Xocalı-əsrin faciəsi” başlıqlı sərgiyə baxış keçirildi.

Foto Qalereya