Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
19 Yanvar , 2017

     20 yanvar faciəsinin 27 –ci  ildönümü ilə əlaqədar Şamaxı rayon Mədəniyyət Mərkəzində “Azadlığa gedən yol” adlı anım tədbiri keçirildi. Tədbirdə rayon mədəniyyət müəssisələrinin kollektivləri iştirak edirdi.

  Tədbiri  İsmayıllı Regional Mdəniyyət və Turizm İdarəsinin Şamaxı rayon üzrə nümayəndəsi Rəfail Tağızadə açdı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.

 MKS-nin  direktoru Ərəsdun Xələfov çıxış edərək 20 yanvar hadisələrindən danışdı.

 Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdləri ədəbi –bədii kompozisiya ilə cıxış etdilər, şeirlər söylədilər.

  Mədəniyyət mərkəzində təşkil olunmuş 20 yanvar faciəsini özündə əks etdirən sərgiyə baxış keçirildi

MKS-nin Mərkəzi kitabxana və kitabxana filiallarında anım tədbirləri keçirilmiş, sərgilər təşkil olunmuşdur.