Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
26 İyul , 2016

   “İnformasiya hamı üçün” YUNESKO Proqramının tövsiyələrini nəzərə alaraq   , Samaxı rayon Mərkəzi kitabxanasında gənclərdə maraq doğuran silsilə  tədbirlər həyata keçirilir. . Belə  bir növbəti “Canlı klassika ” adlı  tədbir 26 iyul 2016-cı il tarixdə Mərkəzi  Kitabxananın Uşaq şöbəsində   keçirilmişdir. Tədbirdə Nizami Gəncəvi, Məhəmməd Füzuli,    Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir   yaradıcılığına müraciət olunmuşdur.   Dahilərin əsərlərindən parçalar söylənmiş, tədbirin sonunda uşaqlar arasında viktorinalar keçirilmişdir.