Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
24 İyun , 2016

    24.06.2016-cı il tarixində teatr sənətinin təbliği ilə əlaqədar, görkəmli sənətkarların yubileylərinə həsr olunmuş Şamaxı rayon MKS-nin tədbirlər planına uyğun olaraq Mərkəzi kitabxanada əməkdar artist , karifey sənətkar , görkəmli aktyor Hamlet Xanızadənin anadan olmasının 75 illiyi ilə əlaqədar “Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirildi.

   Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ərəsdun Xələfov açaraq  sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Mədəniyyət və Turizm şöbəsinin müdiri v.i.e. Rəfail Tağızadə, rayon Mədəniyyət Mərkəzinin direktoru Əhməd Təhməzov, şöbə müdirləri Hacıyeva Zemfira, Xasıyeva Hicran çıxış edərək Hamlet Xanızadənin kino və teatr səhnəsində oynadığı rollardan, teatr xadimlərinə göstərilən dövlət qayğısından söhbət açdılar.

   Tədbirin sonunda Hamlet Xanızadənin iştirak etdiyi filmlərdən fraqmentlərə baxıldı.

   Mərkəzi kitabxanada və kitabxana filiallarında “Hamlet Xanızadə-75 ” başlıqlı sərgilər təşkil edilmiş, metodiki məktub tərtib olunmuşdur.