Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
1 İyun , 2016

     1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə “Uşaqlar dünyanın sevincidir” adlı  tədbir keçirildi. Tədbirdə mədəniyyət işçiləri ,Şamaxı  Avropa liseyinin  , şəhər 1 saylı, 2 saylı və şəhər 9 saylı tam orta məktəbin müəllim və şagird kollektivi  iştirak edirdilər.

   Tədbirdə MKS-nin direktoru Ərəsdun Xələfov , Uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova , Metodika və biblioqrafiya şöbəsinin müdiri Zemfira Hacıyeva , 9 saylı tam orta məktəbin müəllimləri Xəlilova Fəridə, Daşdəmirova Mətanət çıxış etdilər.

 Çıxışlarda vurğulandı ki, iyunun 1-i  bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli , onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması , əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

      Bayram tədbirində vətənə, anaya, bayrağa həsr olunmuş şeirlər söyləndi, vətənpərvərlik mövzusunda səhnəciklər təşkil olunmuşdur. 9 saylı şəhər tam orta məktəbin şagirdlərinin çıxışları maraqla dinlənildi.

   Tədbirin sonunda maraqlı çıxışları ilə fərqlənən uşaqlara Fəxri fərman və Diplom təqdim olundu.

 

Foto Qalereya