Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
16 May , 2016

    Şamaxı rayon Mərkəzi kitabxananın  “Oxuculara xidmət” şöbəsi görkəmli akademik Vəli Axundovun anadan olmasının 100 illiyi ilə əlaqədar dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ərəsdun Xələfov açaraq  akademik haqqında geniş  məlumat vermişdir.

 Kitabxananın şöbə müdirləri  Xasıyeva Hicran , Hacıyeva Zemfira , baş kitabxanaçı Caməmmədova Mahirə cıxış edərək  Vəli Axundovun həyat və yaradıcılığından, ictimai və siyasi fəaliyyətindən söhbət açmışlar.

  Tədbirin sonunda “Vəli Axundov -100”  başlıqlı sərgiyə baxış keçirilmişdir.