Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
6 May , 2016

6 may 2016-cı il tarixdə Şamaxı rayon Mərkəzi kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 93- cü il dönümünə həsr olunmuş VIII kitab bayramı keçirildi. Kitab bayramında rayon İcra Hakimiyyətinin məsul işçiləri , rayon ziyalıları, mədəniyyət işçiəri, ictimaiyyət nümayəndələri,  məktəblilər iştirak edirdi.

    Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edən  Rəfail Tağızadə , MKS-nin direktoru Ərəsdun Xələfov çıxış edərək tədbirin məqsəd və mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi.

    Kitab bayramında kitab sərgiləri təşkil olunmuş, habelə vətənə həsr olunmuş şeirlər söylənmiş, vətənpərvərlik mövzusunda səhnəciklər təşkil olunmuşdur. Şamaxı İncəsənət Təhsili Mərkəzinin vətənpərvərlik mövzusunda  rəsm sərgisi nümayiş olunmuşdur.    Ümumilikdə kitab sərgilərində “ Heydər Əliyev və Mədəniyyət”, “ Azərbaycanın  müstəqilliyi dönməzdir, əbədidir” , “ 2016- cı il Multikulturalizm ilidir”, “Yeni kitablar”, Azərbaycan tarixi”, “ Şamaxı sirlər xəzinəsi”, “Şəhidlər ölməz –vətən bölünməz” və digər hərbi vətənpərvərlik mövzularında sərgilərində 1500-ə  qədər kitab sərgilənib.

    Şəhər 1 və 2 saylı tam orta məktəblərin,  Şamaxı Avropa liseyinin, Şamaxı Humanitar kollecin tələbələrinin çixişları maraqla dinlənilib . 

Foto Qalereya