Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
29 Aprel , 2016

       2016-cı il aprel ayının 29-da Şamaxı rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin yaxından dəstəyi ilə “Ulu məkan” qəzetinin təsisçisi və Baş redaktoru, “Qızıl qələm” mükafatı lauriatı, şair-publisist Əli Vahid Çaylının 60 illik yubileyi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində böyük təntənə ilə qeyd olunub. İncəsənət Təhsili Mərkəzində təşkil edilən yubiley tədbirində Respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, şairlər, aşıqlar, xanəndələr və çoxsaylı pərəstişkarlar iştirak etmişlər. Tamaşaçılar şair Əli Vahid Çaylının 60 illik ömür yolunu özündə əks etdirən video çarxa baxmışlar.

     Tədbirin aparıcısı filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev yubilyar barədə qısa məlumat verib.

     Yubiley tədbirində çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova təşrif gətirmiş qonaqları rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev adından salamlayaraq onlara təşəkkürünü yetirmiş, Əli Vahid Çaylı haqqında xoş sözlərini söyləmişdir.

      Yubiley tədbirində çıxış edən ədəbiyyatşünas və tənqitçi, professor Nizaməddin Şəmsizadə, professor Ziyadxan Nəbibəyli, professor Saleh Taleh, alim -yazıçı Nazim Taptıqoğlu, şair əməkdar müəllim Oktay Rza dünya mədəniyyəti xəzinəsinə dahi şairlər, elm, mədəniyyət və incəsənət xadimləri bəxş etmiş, Şamaxının görkəmli şairlərindən geniş söhbət açaraq Əli Vahid Çaylının indiki nəsl arasında xüsusi yeri olduğunu vurğulamışlar. Xalq artisti Zabit Nəbizadənin , əməkdar artistlər Fehruz Səxavətin, Zakir Əliyevin, əməkdar mədəniyyət işçiləri, Rasim Ələsgərovun, aşıq Əhlimanın, Ağamurad Şirvanlının, xanəndələr Əvəzxan Xankişiyevin , Elbrus Niftəliyevin, İnci Şirvanlının, Abgül Mirzəliyevin, Mətləb Dəmirovun, aşıq Rza Məmmədovun, İncəsənət Təhsili Mərkəzinin “Gülüstan” xalq çalğı alətləri ansamblının çıxışları tədbirə xüsusi rövnəq vermiş, tamaşaçılarda xoş ovqat yaratmışdır.

      Tədbirin sonunda şair Əli Vahid Çaylı ölkəmizdə elmin, mədəniyyətin və ədəbiyyatın inkişafına və bu sahələrdə zəhmət çəkən insanlara göstərdiyi diqqət və qayğıya görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə, Respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. 

Foto Qalereya