Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
23 Fevral , 2016

     23 fevral 2016-cı il tarixdə Şamaxı rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin  iyirmi dördüncü il dönümü ilə əlaqədar “Xocalı soyqırımı ermənilərin Azərbaycanlılara qarşı yeritdiyi etnik təmizlənmə siyasətinin tərkib hissələrindən biridir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada mədəniyyət işçiləri, rayon ziyalıları, Xocalı hadisələrinin canlı şahidi istefada olan polkovnik –leytenant Ədilov Hafiz iştirak edirdi.    

     Tədbir iştirakçıları əvvəlcə Xocalı hadisələri zamanı şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  Tədbirdə Şamaxı rayon MKS-nin direktoru Ərəsdun Xələfov, İncəsənət təhsili Mərkəzinin direktoru Rzazadə Namiq, Sabir Ev muzeyinin direktoru Xəlilzadə Rəqsanə , Polkovnik –leytenant Hafiz Ədilov çıxış edərək Xocalı soyqırımından və soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün aparılan geniş miqyaslı işlərdən danışdılar.

Sonda tədbir iştirakçıları “Xocalı - əsrin faciəsi” mövzusunda təşkil olunmuş sərgiyə baxdılar.