Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
18 Sentyabr , 2015

Şamaxı rayon MKS-nin Avaxıl kənd kitabxana filialında 18 sentyabr 2015-ci il tarixdə Dünya şöhrətli dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə kitabxana işçiləri, məktəblilər, kitabxananın  fəal oxucuları iştirak etdilər. Tədbirdə baş kitabxanaçı Humay Soltanova iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından məlumat verdi və tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, iştirakçılar dahi bəstəkar haqqında çıxışlar etdilər.