Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Şəhidlərimiz
28 Sentyabr , 2015

1918-ci ildə Ermənilər tərəfindən Azərbaycanın digər bölgələrində olduğu kimi,Şamaxıda törədilən dəhşətli qırğın və soyqırım siyasəti cəzasız qaldı. Bunun nəticəsidir ki, bizim nəsil erməni terroru haqqında ötən əsrin 90-cı illərinə kimi ətraflı biliyə malik olmamışdır.Həm orta,həm də ali məktəblərdə tariximizin qanlı səhifələrini təşkil edən bu faciədən bir kəlmə də bəhz edilməmişdir. Sovet tarixşunaslığı beynəlmillətçilik,qardaşlıq ideyalarını təbliğ edə-edə əsl həqiqətləri gizlətmiş, tarixi həqiqətləri başdan-başa təhrif etmişdir. Bunun nəticəsi olaraq, respublikamızın hər bölgəsində olduğu kimi erməni və malakanlar Şamaxının ən şəfalı guşələrində yaşadılar. Belə gözəl yerlərdə yaşayan ermənilər M.S.Qarbaçov hakimiyyətə gələndən sonra qonaq kimi məskunlaşdıqları torpaqları ələ keçirib özününküləşdirmək iddiasına düşdülər. Bunun üçün Azərbaycanın müxtəlif guşələrində yeni torpaqlar, ərazilər zəbt etməyə başladılar. SSRİ-nin süqutu onlara dünyadakı havadarları ilə birləşməyə böyük imkan verdi. Odur ki, 1988-ci ildən respublikamızın ərazilərini zəbt etməyə başladılar. Doxsanıncı ildən sonra torpaqlarımızın 20%-dən çoxunu işğal etdilər, minlərlə dinc əhali qətlə yetirildi, ata-baba torpaqlarımızdan didərgin düşdü, yüzlərlə insanlar əsir götürüldü. Vətən qədri bilən oğullarımız silaha sarıldı, torpqlarımızın müdafiəsinə yollandı. Bu ədalətsiz müharibədə yüzlərlə eloğlumuz şəhidlik köynəyi geydi. Həmin şəhid oğullar arasında Şamaxının da say-seçmə övladları vardır. Bir sözlə “1918-ci il soyqırımından düz 72 il sonra erməni terrorçuları Şamaxının sinəsinə yenidən övlad dağı çəkdilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə 67 nəfər şəhid olub 10 nəfər isə itkin düşmüşdür. Azərbaycanın bütün qəhrəman övladları kimi Şamaxı şəhidləri də heç vaxt unudulmur, yaddan çıxmır.

ŞƏHİDLƏRİMİZ




1.Alxanov Alxan Əşrəf oğlu - Sabir qəsəbəsi
2.Ağayev Gülağa Əli oğlu - Məlikçobanı kəndi
3.Abdurrəhmanov Cavid Təvəkkül oğlu- Şamaxı şəhəri
4.Atakişiyev Sahil Durəsən oğlu - Məlikçobanı kəndi
5.Atakişiyev Şahbala Əli oğlu- Şamaxı şəhəri
6.Ağayev Qabil Qeybalı oğlu - Həmyə kəndi
7.Baratov Müslüm Ağasən oğlu - Məlikçobanı kəndi
8.Babaşov Anar Əlibala oğlu - Şəhriyar qəsəbəsi
9.Bayramov İmran Allahverdi oğlu - Meysəri kəndi
10.Bəkirov Eldəniz Xəlil oğlu - Quşçu kəndi
11.Balayev Cavanşir Musa oğlu - Şamaxı şəhəri
12.Baxşiyev Fərhad Beybud oğlu - Şamaxı şəhəri
13.Qarayev Mehman Zöhrab oğlu - Məlikçobanı kəndi
14.Qeybaliyev Emil Babaşirin oğlu - Çarhan kəndi
15.Qurbanov Rövşən Bəybala oğlu - Çaylı kəndi
16.Qəhrəmanov Ağadur Sabir oğlu - Talışnuru kəndi
17.Dadaşov Qiyas Qərib oğlu - Məlcək kəndi
18.Əzməmmədov Faiq Əzməmməd oğlu - Quşçu kəndi
19.Əliyev Elman Əfqan oğlu - Şamaxı şəhəri
20.Əliyev Fərhad Şahid oğlu - Sabir qəsəbəsi
21.Əliquliyev Mehman Əkbər oğlu - Şamaxı şəhəri
22.Əsgərov Fariz Telman oğlu - Mərzəndiyə kəndi
23.Əbilov Nadir Qədir oğlu - Meysəri kəndi
24.Ələkbərov Xosrov Mürsəl oğlu - Şəhriyar qəsəbəsi
25.Əliyev Babacan Tapdıq oğlu - Ovculu kəndi
26.Zülfüqarov Adil Ağagül oğlu - Şamaxı şəhəri
27.Zahidov Teymur Məmməd oğlu - Şamaxı şəhəri
28.Zeynalov Nadir Avdım oğlu - Şamaxı şəhəri
29.İsayev Gülbəndiyar İsbəndiyar oğlu - Sis kəndi
30.İsayev Bəxtiyar Səfər oğlu - Meysəri kəndi
31.Kibarov Xalid Nüsrəddin oğlu - Mədrəsə kəndi
32.Kazımov Fərman Mətləb oğlu - Şamaxı şəhəri
33.Məmmədov Əlsuvar Əliheybət oğlu -Göylər kəndi
34.Mikayılov Baba Balakişi oğlu - Göylər kəndi
35.Mustafayev Asif Aftandil oğlu - Mədrəsə kəndi
36.Məmmədov Elman Səlim oğlu - Kərkənc kəndi
37.Muradov Malik Şahkərəm oğlu - Sabir qəsəbəsi
38.Mustafayev Xəlil Süleyman oğlu- Mədrəsə qəsəbəsi
39.Mustafayev Vidadi Şaban oğlu - Sabir qəsəbəsi
40.Novruzov Asif Akif oğlu - Məlikçobanı kəndi
41.Niftəliyev Bəxtiyar Şakir oğlu - Şirvanzadə kəndi
42.Nuhov Mirhəli Cümalı oğlu - Göylər kəndi
43.Nəbiyev Kamil Adil oğlu - Məlhəm kəndi
44.Osmanov Bahadur Xanış oğlu - Sis kəndi
45.Orucov Səfa Bahadur oğlu - Məlikçobanı kəndi
46.Pənahov Azər Ağaduran oğlu - Şamaxı şəhəri
47.Rzayev Elxan Qəzənfər oğlu - Mədrəsə kəndi
48.Rəsulov Rüstəm Aprel oğlu - Mərzəndiyə kəndi
49.Rəhmanov Vidadi Lütvi oğlu - Şəhriyar qəsəbəsi
50.Rəcəbov Asif Ağamurad oğlu - Qaravəlli kəndi
51.Səmədov Zöhrab Xanlar oğlu - Hacılı kəndi
52.Seyidov Şahin Abduləhəd oğlu - Şamaxı şəhəri
53.Soltanov Rahib Allahverdi oğlu - Böyük Xınıslı kəndi
54.Süleymanov Cavid Feyruz oğlu - Çarhan kəndi
55.Səlimov Səlim Qandalı oğlu - Çuxuryurd kəndi
56.Heydərov Saleh Sabir oğlu - Dəmirçi kəndi
57.Həmidov Həmid Dədəxan oğlu - Şərədil kəndi
58.Şirəliyev Xoşbəxt Şirəli oğlu - Qəleybuğurd kəndi
59.Şeydayev Yaşar Abgül oğlu - Şamaxı şəhəri
60.Şirinov Aslan Sərdar oğlu - Meysəri kəndi
61.Babayev Müşfiq Adil oğlu - Şamaxı şəhəri
62.Bayramov Malik Yaşar oğlu - Bağırlı kəndi
63.Şixəliyev Faiq Musa oğlu - Bağırlı kəndi
64.Baxışov Ələddin Allahverdi oğlu - Çaylı kəndi
65.Məhyəddinov Veyis Rövşən oğlu - Göylər kəndi
66.Səmədov Kamil Səmədpaşa oğlu - Çaylı kəndi
67.Rəsulov İqbal Hacıbala oğlu - Muğanlı kəndi

İTKİN DÜŞMÜŞ DÖYÜŞÇÜLƏRİMİZ




1.Abdullayev Nadir Məsim oğlu - Məlikçobanı kəndi
2.Balayev Çingiz Azad oğlu - Dəmirçi kəndi
3.Zərbəliyev Səbuhi Mirzalı oğlu - Muğanlı kəndi
4.İsmayılov Müqabil Canbala oğlu - Mirikənd kəndi
5.Məmmədov Ağa Cəlal oğlu - Muganlı kəndi
6.Mənsimov Mayıl Əhməd oğlu Qəleybuğurd kəndi
7.Səfərov Sərdar Ələddin oğlu - Göylər kəndi
8.Siracov Mahir Güloğlan oğlu - Şamaxı şəhəri
9.Xanquliyev Ədalət Vəfadar oğlu - Astarxanovka kəndi
10.Həbibov Elnur Paşa oğlu - Şamaxı şəhəri