Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
4 Sentyabr , 2015

     Ölkəmizdə 21 avqust -21sentyabr “Sülh aylığı” çərçivəsində Şamaxı rayon Mərkəzi kitabxanasında sentyabrın 4-də “Sülh inkişafımızın əsas təməlidir ” mövzusunda dəyirmi masa keçirilmiş, “ Sülh aylığına” həsr olunan “Açıq səma altında ” başlıqlı sərgi təşkil olunmuşdur. Tədbirdə mədəniyyət müəssisələrinin işçiləri, ziyalılar, müəllimlər, iştirak edirdi.

     Tədbiri Şamaxı rayon MKS-nin direktoru Ərəsdun Xələfov açaraq tədbirin “Beynəlxalq Sülh Günü”nə həsr olunduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il 27 dekabr tarixində imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli fəaliyyət Proqramı”ndan söz açdı.

    Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi Rəfail Tağızadə , şöbə müdirləri Zemfira Hacıyeva, Afaq Sətdarzadə, Hicran Xasıyeva öz çıxışlarında Azərbaycan dövlətinin sülh, əminamanlıq, dinc yanaşı yaşama   prinsipləri əsasında apardığı uğurlu daxili və xarici siyasətdən danışdılar.