Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
28 Avqust , 2015

28 avqust 2015-ci il tarixində məktəbəqədər yaşlı uşaqların kitaba və kitabxanaya marağını artırmaq məqsədilə Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçiləri Şamaxı şəhər 1 saylı Uşaq bağçası və körpələr evinin balaca sakinləri üçün “Nağıl saatı ” təşkil etdilər. Uşaq şöbəsinin işçiləri Ağayeva Ədibə və Seyidova Aygün tərəfindən oxunan “Dost dosta tən gərək”, “Ayı və ilan” , “Xoruz və padşah”, “Tülkü və kəklik” , “Aslanla dovşan”, “Məlikməmməd”, “Tülkü həccə gedir” nağılları uşaqlar tərəfindən maraqla dinlənildi.