Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
3 Avqust , 2015

      Ümummilli liderimiz Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə  avqustun 

    1-i ölkəmizdə  “Azərbaycan dili və Azərbaycan əlifbası günü”  kimi qeyd olunur.

    Şamaxı rayon MKS-nin Mərkəzi kitabxana və kitabxana filiallarında “Dilimizin inkişafında yeni mərhələ” , “Heydər Əliyev və Azərbaycan dili”, “Dilimiz mənəviyyatımızdır”, “Dil millətin varlığıdır” mövzularında dəyirmi masa, məruzə və söhbətlər, “Mənim ana dilim , müqəddəs dilim” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.

  Keçirilən tədbirlərdə vurğulanmışdır ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı , işlək dilə çevrilməsi , beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi , mahir  natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

  Bu gün dövlət başçısı cənab İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

   Mərkəzi kitabxanada  “Azərbaycan əlifbası və Azərbaycan dili günü “  ilə əlaqədar sərgilər təşkil olunmuşdur.