Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
3 Avqust , 2015

    31 iyul 2015-ci il tarixində Mərkəzi kitabxananın Uşaq şöbəsində “Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə Şamaxı şəhər 1 saylı Uşaq bağçası və Körpələr evinin uşaqları üçün “Dil xalqın mənəvi sərvətidir” adlı tədbir keçirildi. Tədbiri Uşaq şöbəsinin müdiri Sətdarzadə Afaq açaraq ilk qədəmlərini bu il məktəbə atacaq baxça uşaqlarına Azərbaycan dili və əlifbası haqqında danışdı. Uşaqlar ana dilimizə həsr olunan şeirlər söylədilər və mahnılar oxudular. Sonda uşaqlara doğma ana dilimizdə çap olunan uşaq jurnalları hədiyyə edildi.