Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
5 May , 2015

     2015-ci il mayın 5-də rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm şöbəsinin dəstəyi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli lideri, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar kitab bayramı keçirilib. Kitab bayramı ilə əlaqədar keçirilən möhtəşəm tədbirdə Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Rəfail Tağızadə, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ərəsdun Xələfov çıxış etmişlər. Kitab bayramında rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar, rayon ictimaiyətinin nümayəndələri, gənclər iştirak edirdilər. Tədbirdə 1500-ə qədər kitab sərgilənib. İştirakçılar və qonaqlar sərgi ilə tanış olduqdan sonra 1 saylı tam orta məktəbin Dədə-Qorqud dastanı əsasında hazırladığı səhnəyə, Avropa liseyinin və 9 saylı məktəblərin şagirdlərinin Azərbaycan nağılları əsasında hazırladıqları səhnəciklərə tamaşa etmişlər.

 

 

     Respublikanın əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun rəhbərliyi ilə “Şirvan” folklor ansamblının, respublikanın əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının və aşıq İxtiyar Qocayevin ifa etdikləri aşıq musiqiləri tamaşaçılarda xoş ovqat yaratmış, dəfələrlə alqışlara səbəb olmuşdur.