Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
27 Aprel , 2015

       27 aprel 2015-ci il tarixində Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü   münasibəti ilə Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə “Sənsiz günəşsiz  qalan günlər” adlı dəyirmi masa keçirildi.

      Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Əhmədli Dilşad açaraq Zərifə xanımın zəngin həyat yolu haqqında məruzə etdi. Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Sətdarzadə  Afaq  “Sənsiz günəşsiz qalan günlər” adlı məruzə ilə çıxış edərək, Zərifə xanımın həyat amalının mahiyyəti və onun əziz xatirəsindən bizlərə qalan nisgildən danışdı.Tarix -Diyarşünaslıq muzeyinin baş mühafizəçisi Həsənova Vüsalə Zərifə xanım Əliyevanın elmi fəaliyyəti haqqında danışdı. Mirzə Ələkbər Sabirin  ev muzeyinin direktoru Xəlilova Rəqsanə Zərifə xanım haqqında eşitdiyi xatirələrdən söhbət açdı.

     Uşaq şöbəsində “Zərifə Əliyeva-92” başlıqlı sərgi təşkil edilmişdir.