Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
23 Aprel , 2015

  23 aprel tarixində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Mərkəzi kitabxanada sərgi acilmış, müharibə veteranları ilə görüş keçirilmişdir.

       Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm  şöbəsinin məsləhətçisi Rəfail Tağızadə açaraq , Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqdan danışmış, dövlət  başçısının müharibə veteranlarına göstərdiyi xüsusi diqqət və qayğını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

       Əmək və müharibə veteranları şurasının sədri Ağarza  Bayramov, MKS-nin direktoru Ərəsdun Xələfov,şöbə müdiri Afaq Sətdarzadə , böyük metodist Hicran Məmmədova çıxış edərək 1941-1945-ci illərdə Azərbaycan xalqının müharibədə göstərdiyi böyük fədakarlıqdan və qəhrəmanlıqdan danışdılar.Müharibə veteranı Mirağa Əhlimanov keçdiyi döyüş yolundan tədbir iştirakçılarına söhbət açaraq , müharibə ilə  bağlı öz xatirələrini söylədi. 

 

     Tədbirin sonunda Mərkəzi kitabxananın kollektivi adından müharibə veteranı Mirağa Əhlimanova xatirə hədiyyəsi təqdim edildı.