Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Tədbirlər
18 Aprel , 2015

     Birləşmiş Millətlərin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının Baş Assambleyasının 1983-cü il tarixli Qərarına əsasən hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

   

    Bununla əlaqədar olaraq Şamaxı rayonunda 18 aprel də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü  münasibətilə  Şamaxı rayon Mərkəzi kitabxananın  işçiləri  Şamaxı şəhərində yerləşən Cümə məscidi tarixi memarlıq abidəsini, Yeddi Günbəz, Pir Mərdəkan memarlıq abidələrini, Mirzə Ələkbər Sabirin məqbərəsini və Tarix Diyarşünaslıq muzeyini ziyarət etmişlər.

   Mədəniyyət və Turizm şöbəsinin mütəxəssisləri tərəfindən ziyarətçilərə tarix və mədəniyyət abidələri və Tarix-Diyarşünaslıq muzeyi haqqında geniş məlumat verilmişdir.